Türkiyə Prezident Kabineti Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edəcək
    • 6-08-2023, 16:57
    • 208

Türkiyə Prezident Kabineti Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edəcək

Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Kabinetinin iclası keçiriləcək.

News24.az "Report"a istinadən xəbər verir ki, iclasın gündəliyində Cənubi Qafqazda baş verən proseslər və Azərbaycanla Ermənistan arasında normallaşma prosesi də yer alıb.

İclasda, həmçinin, daxili və xarici siyasətdəki inkişaflar dəyərləndiriləcək, iqtisadiyyat və bəzi Qərb ölkələrində terror təşkilatı üzvlərinin əməlləri də prioritet mövzular arasında olacaq.

Bundan başqa, xarici siyasətin aparıcı mövzularından biri Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri olacaq. Putinin təmaslarına hazırlıq nəzərdən keçiriləcək.

Eyni zamanda, Qara Dəniz Taxıl Təşəbbüsünü canlandırmaq səyləri, eləcə də İsveç başda olmaqla, bəzi Qərb ölkələrində Qurana qarşı ardıcıl hücumlar müzakirə ediləcək.