Ukrayna Rusiyanın Qara dənizdə blokadasına başladığını ELAN ETDİ
    • 6-08-2023, 21:47
    • 197

Ukrayna Rusiyanın Qara dənizdə blokadasına başladığını ELAN ETDİ

Ukrayna Rusiyanın Qara dənizdəki altı limanının sularında “hərbi təhlükə” barədə xəbərdarlıq edib.

News24.az Yenicag.az-a istinadən xəbər verir ki, söhbət Anapa, Novorossiysk, Gelencik, Tuapse, Soçi və Taman limanlarından gedir.
Bu xəbərdarlıq avqustun 4-də verilib və ləğv olunana qədər qüvvədə qalacaq.

Bildirilir ki, elana Ukrayna Hərbi Dəniz Qüvvələrinin əmri əsas olub.