Türkiyədə partlayış nəticəsində 12 nəfər yaralandı
    • 7-08-2023, 20:03
    • 241

Türkiyədə partlayış nəticəsində 12 nəfər yaralandı

Türkiyədə Mərmərə dənizindəki Derincə ticarət limanında baş verən partlayış nəticəsində 16 liftdən 13-ü zədələnib, qəza nəticəsində ən azı 12 nəfər yaralanıb.

News24.az "Report"a istinadən xəbər verir ki, bunu Kocaeli şəhərinin bələdiyyə sədri Tahir Büyükakın deyib.

"Partlayış nəticəsində 12 nəfər yaralanıb, ikisinin vəziyyəti ağırdır. Həmçinin, 16 liftdən 13-ü zədələnib", - o deyib.