İrandan ABŞ-a: Əgər qarışsanız, əl qoyacağıq
    • 8-08-2023, 13:09
    • 127

İrandan ABŞ-a: Əgər qarışsanız, əl qoyacağıq

İran neft tankerlərinin ABŞ tərəfindən ələ keçiriləcəyi təqdirdə eyni şəkildə cavab verəcəyini bildirib.
 

News24.az İranın rəsmi xəbər agentliyinə istinadla xəbər verir ki, bunu SEPAH-ın sözçüsü briqada generalı Ramazan Şərif Qumda keçirilən tədbirdə çıxış edərək deyib.

O deyib ki, İranın ABŞ-ın istənilən pis hərəkətinə, o cümlədən bizim gəmilərimizi ələ keçirməsinə cavab vermək və onların gəmilərini ələ keçirmək gücü var. İran rəsmisi ABŞ-ın cəhdlərinə qarşı lazımi tədbirləri görəcəklərini bildirib.

Tətbiq etdiyi birtərəfli sanksiyalara görə, ABŞ vaxtaşırı xam neft daşıyan İran tankerlərini müsadirə edir və nefti bu gəmilərdə hərracda satır. İran isə öz növbəsində Fars körfəzi ətrafında neft tankerlərinə "dəniz qaydalarına əməl etmədikləri" əsası ilə müdaxilə edir.

Aydan