Dənizdə daha 2 nəfər batdı
    • 9-08-2023, 09:56
    • 134

Dənizdə daha 2 nəfər batdı

Xəzər dənizində 2 nəfər boğulub.

News24.az xəbər verir ki, hadisələrdən biri Bakıda, digəri isə Şabranda qeydə alınıb.

Belə ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1,5 km aralı, nəzarətsiz ərazi) 1 nəfər, Şabran rayonu, Çayqaraqaşlı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) isə 1 nəfər batıb.

Hər iki hadisə üzrə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.