Xəzərdə bir nəfər batdı
    • 21-08-2022, 14:22
    • 292

Xəzərdə bir nəfər batdı

Xəzər dənizində 1 nəfər batıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.