-
- 12-08-2023, 20:31
- 606
"Ermənilərin bu təxribatı da alınmayacaq" - Elmar Məmmədyarov
Ermənistan tərəfi yenə də "blokada" , "humanitar yardım" iddialarını və yalanlarını yaymaqda davam edir. Belə ki, Ermənistan Xankəndi əhalisinin güya "blokada"ya alınması nəticəsində "humanitar vəziyyət"in pisləşməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib. Müraciət əsasında şuranın fövqəladə iclasının çağırılması xahiş edilib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi səhifəsində məlumat yerləşdirilib.
Ermənistanın növbəti təxribat addımını şərh edən sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov mövzu ilə bağlı News24.az-a açıqlamasında bildirdi ki, ilk növbədə BMT-nin beş daimi üzvü bu müraciəti qəbul etməlidir:
"Ermənilərin bu təxribatı da alınmayacaq. Çünki BMT-nin Təhlükəsizlik Şurasının, xüsusən də 5 daimi üzvləri o müraciətin müzakirəyə çıxarılmasını müdafiə etməlidir. İkincisi, lap qəbul olunsa belə, Azərbaycan da öz növbəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Ermənistanın əleyhinə qəbul etdiyi 4 qətnamənin icrasını tələb edəcək. Həmin tələb ya bəyanat, ya da qətnamə layihəsi kimi müzakirəyə çıxarılmalıdır. Çünki o qətnamələrdə ölkəmizin ərazi bütövlüyü və Dağlıq Qarabağın Azərbaycanın tərkibində olması tanınıb. Bundan başqa, Ermənistan qoşunlarının Qarabağdan çıxarılması tələbi də o qətnamələrdə var. İnanmıram ki, Təhlükəsizlik Şurasının üzvləri 1993-cü ildə imzaladıqları qətnaməyə istinad etməsinlər".
Aydan Beydullayeva