İstanbulda tarixi bina çökdü  - Dağıntılar altında qalan var
    • 12-08-2023, 17:37
    • 237

İstanbulda tarixi bina çökdü  - Dağıntılar altında qalan var

İstanbulda təmir işləri aparılan tarixi binada çökmə baş verib. 

News24.az TRT Haber-ə istinadən xəbər verir ki, hadisə zamanı bir nəfərin dağıntılar altında qaldığı bildirilir.

Təmir edilən binada saat 15.30 radələrində çökmə baş verib. 

Polis ətrafda geniş təhlükəsizlik tədbirləri görüb. Dağıntılar altında qalan şəxsi xilas etmək üçün axtarışlar davam edir.