Külli miqdarda aksiz markası olmayan siqaret AŞKARLANDI
    • 14-08-2023, 10:48
    • 214

Külli miqdarda aksiz markası olmayan siqaret AŞKARLANDI

Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılması, satış məqsədi ilə saxlanılması barədə əməliyyat məlumatı daxil olub.

Bu barədə News24.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

İlkin araşdırma zamanı ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaretləri realizə edən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyəti müəyyənləşdirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxsin idarə etdiyi avtomobil saxlanılb və baxış zamanı nəqliyyat vasitəsinin salonundan və yük yerindən ümumilikdə 3 adda 120 000 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.