Obamanın gizli məktubu aşkarlandı:
    • 14-08-2023, 11:29
    • 307

Obamanın gizli məktubu aşkarlandı: "Mən hər gün..."

ABŞ-ın keçmiş prezidentlərindən biri Barak Obamanın 1982-ci ildə yazdığı məktub ortaya çıxıb. 

News24.az Türkiyənin "Yeni çağ" nəşrinə istinadla xəbər verir ki, məktubdakı “Bilirsən, mən hər gün kişilərlə sevişirəm, amma xəyalımda” ifadəsi diqqət çəkib.

Obama bu barədə keçmiş sevgilisi Aleks MakNeara yazdığı məktubda deyib: "Homoseksuallığa gəlincə, deməliyəm ki, bu, indiki vəziyyətdən uzaqlaşmaq cəhdi, bəlkə də dünyəvi həyatın sonsuz iki üzlülüyünü davam etdirməkdən imtina etməkdir. Bilirsən, mən hər gün kişilərlə sevişirəm, amma təsəvvürümdə".

Qeyd edək ki, məktubun hazırda Emori Universitetində saxlandığı bildirilir. İki qız atası olan Obama 1992-ci ildə Mişel Obama ilə ailə həyatı qurub.

Aydan