Qaxa istirahətə gedən şəxs intihar ETDİ
    • 14-08-2023, 13:20
    • 1 629

Qaxa istirahətə gedən şəxs intihar ETDİ

Qax rayonunda intihar hadisəsi baş verib.

News24.az Report-a istinadən xəbər verir ki, hadisə İlisu kəndində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Sabirabad rayon sakini Təriqət Mürsəlovun meyiti çay kənarındakı ağacdan asılı vəziyyətdə aşkar edilib.

İlkin araşdırma zamanı T.Mürsəlovun intihar etdiyi müəyyənləşib.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.