İranın sabiq prezidenti FIRILDAQÇIDIR?
    • 15-08-2023, 14:20
    • 134

İranın sabiq prezidenti FIRILDAQÇIDIR?

İranın sabiq prezidenti Həsən Ruhaniyə qarşı maliyyə bazarlarında fırıldaqçılıq etdiyinə görə cinayət işi açılıb. 
 
News24.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
 
İran Ədliyyə Qurumunun sözçüsü Məsud Setayeşi bildirib ki, İranın Ruhanilərin İşləri üzrə Xüsusi Prokurorluğu keçmiş prezident Həsən Ruhaniyə maliyyə bazarlarında fırıldaqçılıq etdiyinə görə bir sıra işlər açıb.O, məhkəmə qarşısında bir sıra suallara cavab verməli olacaq.
 
“İranın keçmiş prezidenti, din xadimi  rütbəsinə malik olan Ruhaniyə qarşı müvafiq yurisdiksiyasını özündə saxlayan Ruhanilər üzrə Xüsusi Prokurorluqda, eləcə də din xadimləri üzrə xüsusi prokurorluqda, din xadimi rütbəsi daşıyan müvafiq qurumda bir neçə iş başlanıb. Keçmiş prezident bir sıra suallara cavab verməlidir”, - deyə o vurğulayıb.

O qeyd edib ki, Ruhani valyuta fırıldaqları, eləcə də İran fond bazarına müdaxilə etməkdə ittiham edilir. 
 
Ayşən