BMT-də Qarabağ müzakirəsinin vaxtı AÇIQLANDI
    • 16-08-2023, 13:15
    • 250

BMT-də Qarabağ müzakirəsinin vaxtı AÇIQLANDI

Xəbər verdiyimiz kimi bu gün BMT-nin Təhlükəsizlik Şurası Qarabağdakı humanitar vəziyyəti müzakirə edəcək. 

News24.az xəbər verir ki, Ermənistanın təşəbbüsü əsasında keçiriləcək fövqəladə iclas Bakı vaxtilə saat 23:00-da (Nyu-York vaxtı ilə 15:00) baş tutacaq.

Qeyd edək ki, müzakirələrdə ölkəmizi qurumdakı daimi nümayəndəliyin rəhbəri Yaşar Əliyev, Ermənistanı isə xarici işlər naziri Ararat Mirzoyan təmsil edəcək.
 
Ayşən