Qazaxıstan da Rusiya ilə sərhədi GÜCLƏNDİRİR
    • 16-08-2023, 14:57
    • 250

Qazaxıstan da Rusiya ilə sərhədi GÜCLƏNDİRİR

“Qazaxıstan Rusiya ilə sərhəddə iyirmi yeni sərhəd zastavası tikmək niyyətindədir”. 
 
News24.az
xəbər verir ki, bunu Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Xidmətinin Sərhəd Mühafizəsi Departamentinin rəhbərinin birinci müavini Serik Axmetkaliyev deyib. 

Onun sözlərinə görə, respublikanın sərhədi boyunca əlli belə obyektin tikintisi nəzərdə tutulub.

İşlər “Təhlükəsiz ölkə” milli layihəsi çərçivəsində həyata keçirilir.

Hazırda şimal istiqamətində, bilavasitə Rusiya Federasiyası ilə sərhəddə 20 sərhəd idarəsi tikilir. Cənub sərhədlərində üç modul zastava tikilir ”, - deyə Axmetkaliyev bildirib.
 
Ayşən