"Dinamo” ilə “Arisa” arasında DAVA DÜŞDÜ
    • 18-08-2023, 09:46
    • 272

"Dinamo” ilə “Arisa” arasında DAVA DÜŞDÜ

Konfrans Liqasının III təsnifat mərhələsində Kiyevin “Dinamo” və Yunanıstanın “Aris” komandaları arasında keçirilən oyunda iki komandanın futbolçuları arasında əlbəyaxa dava düşüb.

News24.az xəbər verir ki, penaltilər seriyası başa çatdıqdan sonra “Dinamo”nun qapıçısı Georgiy Buşçan və Kiyev klubunun bir neçə futbolçusu “Aris”in azarkeşlər bölməsinə gedərək nalayiq jestlər göstərməyə başlayıblar.  Bundan sonra iki komanda arasında kütləvi dava düşüb.

Qeyd edək ki, iki qarşılaşma zamanı “Aris” azarkeşləri nasist əleyhinə şüarlar səsləndirib və “ Azov” batalyonunun əleyhinə bannerlər asıblar. “Dinamo” yunan azarkeşlərin bu cür hərəkətlərini təhqiramiz hesab edib və bundan UEFA-ya şikayət edib.

Aynurə