Britni Spirs restoranda əsəbiləşdi - Əri onu qoyub qaçdı - VİDEO
    • 16-01-2023, 12:19
    • 212

Britni Spirs restoranda əsəbiləşdi - Əri onu qoyub qaçdı - VİDEO

Britni Spirsin pərəstişkarları onunla ictimai yerlərdə nadir hallarda üz-üzə gələ bilirlər.

News24.az xəbər verir ki, bu yaxınlarda müğənni əri ilə Los-Ancelesdəki restoranların birində dincəlmək qərarına gəlib. Lakin bu istirahət qalmaqalsız ötüşməyib.

Qalmaqala səbəb ifaçının özü olub. Ulduz restoranda olan qonaqların ona çox diqqət yetirməsindən narahat olub və əsəbləri gərginləşib. 

Hadisə şahidləri Britninin getdiyi restoranın ziyarətçilərlə dolu olduğunu bildiriblər. Hər kəs dərhal telefonunu çıxarıb pop şahzadəni lentə almağa başlayıb.

Paylaşılan videoda Britninin üzünü menyu ilə örtdüyünü və yüksək səslə qışqırdığını görmək olar. 

Spirs söyüş söyməyə başlayan kimi onun 28 yaşlı əri Sem Əsgəri dərhal məkanı tərk edib.

O, Britni Spirsi masa arxasında qoyaraq qaçıb.

Bir müddət sonra sakitləşən ifaçı məkanı tərk edib. //TMZ

Teymur MƏMMƏDOV