Avtomobildə başlayan yanğın meşəyə keçdi
    • 20-08-2023, 23:53
    • 75

Avtomobildə başlayan yanğın meşəyə keçdi

İstanbul-İzmir yolunda hərəkətdə olan avtomobil anidən yanmağa başlayıb. 

News24.az TRT Haber-ə istinadən xəbər verir ki, sürücünün təhlükəsizlik zolağına çəkdiyi avtomobildə olan yanğın az sonra yol kənarındakı meşəlik əraziyə keçib.

Yanğınla bağlı əraziyə 1 helikopter, 4 su çiləyicisi, su təchizatı vasitəsi göndərilib. 

Qısa müddətdən sonra yanğın nəzarət altına alınıb.

Rayonda soyutma işləri davam edir.

Günəş Mərd