“Orenburq”un yeni baş məşqçisi MƏLUM OLDU
    • 22-08-2023, 12:53
    • 137

“Orenburq”un yeni baş məşqçisi MƏLUM OLDU

“Orenburq” futbol klubu rəsmi saytında David Deorqasinin baş məşqçi postuna təyin olunduğunu açıqlayıb.

News24.az xəbər verir ki, İspan mütəxəssis indiyədək Orenburq Akademiyasına rəhbərlik edib. Deorqasia həmçinin "Saragosa", "Deportivo" və "Valencia"da çalışıb.

Rəsmi məlumata görə, istefasını "Çempionat" tərəfindən açıqlanan çexiyalı mütəxəssis Jiri Yarosik ailə vəziyyəti ilə əlaqədar klubu tərk edib.

Növbəti matçda "Orenburq" öz meydanında CSKA Moskvanı qəbul edəcək.

Qarşılaşma avqustun 25-də Qazovik stadionunda keçiriləcək.

Aynurə