İsinbayevanın adı yazılmış lövhə SÖKÜLDÜ
    • 23-08-2023, 15:02
    • 140

İsinbayevanın adı yazılmış lövhə SÖKÜLDÜ

Mahaçqaladakı stadionda  "Yelena İsinbayeva adına stadion" yazısı sökülüb.

News24.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd edək ki, iyul ayında respublikanın rəhbəri Sergey Melikov Mahaçqala stadionunun adına yenidən baxılmasını təklif edib. 

Avqustun 18-də Dağıstan hökumətinin sədri Əbdülmüslim Əbdülmüslimov bununla bağlı qərar imzalayıb.

Olimpiya çempionu Yelena İsinbayeva adına olan stadionun adı dəyişdirilərək “Trud” olub.

Aynurə