Molla rejimindən azərbaycanlı həkimə AĞIR CƏZA - FOTO
    • 23-08-2023, 16:14
    • 274

Molla rejimindən azərbaycanlı həkimə AĞIR CƏZA - FOTO

Azərbaycanlı həkim Həmid Qarahəsənlinin 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası məhkəmə tərəfindən qüvvədə saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə “İran Wire” məlumat yayıb.

Qeyd edək ki, o və xanımı Fərzanə Qarahəsənli də Ruhullah Əcəmiyan adlı radikal Bəsic qüvvələrinin üzvünün öldürülməsinə görə ittiham edilən 16 müttəhim arasındadır. 

Fərzanə Qarahəsənli isə 5 il həbs cəzasına məhkum edilib. 

Xatırladaq ki, Həmid və Fərzanə Qarahəsənli ötən il etiraz aksiyalarında hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasiminə qatıldıqdan bir gün sonra Bəsic üzvünün öldürülməsinə görə saxta ittihamla həbs ediliblər.

Aynurə