Masazırda yaşayış binasında  yanğın oldu
    • 24-08-2023, 15:24
    • 416

Masazırda yaşayış binasında yanğın oldu

Abşeron rayonunda yerləşən "Qurtuluş 93" yaşayış massivində 6 mərtəbəli yaşayış binasında yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, " 112" qaynar xəttinə Abşerin rayonu, Masazır qəsəbəsində yerləşən"Qurtuluş 93" yaşaış massivində mənzildə  yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğınsöndürən qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğınsöndürənlərin opertaiv müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Samir Əli