"Qarabağ"ın oyunu "İdman Azərbaycan"da bu səbəbdən yayımlanmadı - AÇIQLAMA
    • 24-08-2023, 23:10
    • 219

 "Qarabağ"ın oyunu "İdman Azərbaycan"da bu səbəbdən yayımlanmadı - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, “Qarabağ” futbol klubu bu gün baş tutan “Olimpiya” - “Qarabağ” oyunun canlı yayımlanmaması ilə bağlı məlumat yayıb. Yayımla bağlı məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalının daşıdığını bildirib.

News24.az xəbər verir ki, məsələyə “İdman Azərbaycan” kanalı rəsmi İnstaqram səhifəsində aydınlıq gətirib:

“Əziz izləyicilər, texniki problem səbəbilə “Olimpiya” – “Qarabağ” matçını yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxdı. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!” - deyə məlumatda qeyd olunub. 

Günəş Mərd