Tanınmış futbolçu bu gün dəfn olunacaq
    • 26-08-2023, 12:33
    • 184

Tanınmış futbolçu bu gün dəfn olunacaq

Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edən futbolçu Şəhriyar Rəhimov bu gün Bakıda torpağa tapşırılacaq.

News24.az xəbər verir ki, bu barədə Globalinfo.az-a mərhumun yaxınları məlumat verib.

Məlumata görə, onun nəşi saat 13:00-da yaşadığı evdən götürüləcək.

“Üç mərasimi bazar günü saat 11:00-da “Təzə pir” məscidində keçiriləcək”,- deyə bildirilib.

Qeyd edək ki, Şəhriyar Rəhimov karyerasını ötən il “Səbail” klubunda başa vurmuşdu. Onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olmuşdu.

Allah rəhmət eləsin!