Azərbaycan XİN Moldovanı TƏBRİK ETDİ
    • 27-08-2023, 10:47
    • 267

Azərbaycan XİN Moldovanı TƏBRİK ETDİ

Azərbaycan Xarici İşlər Nazirliyi Moldova xalqını və hökumətini Müstəqillik Günü münasibəti ilə təbrik edib.

News24.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsi "X" sosial şəbəkəsində paylaşım edib.

Paylaşımda deyilir:

"Dostumuz və tərəfdaşımız Moldova xalqını və hökumətini Müstəqillik Günü münasibətilə təbrik edir və ən xoş arzularımı bildiririk! Biz strateji əməkdaşlığımızı daha da genişləndirməyi səbirsizliklə gözləyirik. Milli bayramınız mübarək!".