Fransa təxribatlarla nəyə nail olmağa çalışır?
    • 28-08-2023, 17:32
    • 446

Fransa təxribatlarla nəyə nail olmağa çalışır?

Ermənistanın "bacısı" Fransa Azərbaycana qarşı təxribatlarını davam etdirir.  Belə ki, avqusrtun 26-da “Laçın Şəhər günü” ilə əlaqədar keçirilən bayram tədbirlərində iştirak etmək üçün Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri də Laçına səfər ediblər. Fransa Avropa İttifaqı (Aİ) ölkələrinin bu tədbirdə iştirakını əngəlləmək üçün ciddi cəhd göstərib, diplomatların ora səfərdən imtina etməsinə çalışıb. Lakin bu dəfə də fransızların təxribatı nəticəsiz qalıb. 

Fransızların təxribatı bununla bitmir. Məlumata görə avqustun 30-da Laçın postuna yenidən TIR-la göndəməyi planşlaşdıran Fransa həmin gün BMT Təhlükəsizlik Şurasına Qarabağdakı ermənilərin güya blokada da olması səbəbindən Azərbaycan əleyhinə hansısa sənədin qəbuluna nail olmaq istəyir. Fransa bununla nəyə nail olmağa çalışır? Fransanın bu cəhdləri hansı nəticələrə səbəb ola bilər?

Mövzu ilə bağlı News24.az-a danışan politoloq Amid Əliyev bildirdi ki, Azərbaycana qarşı son günlər Laçın yolu ilə bağlı kütləvi şəkildə hücuma keçən ölkələrin ön sırasında Fransanın dayanmağı heç də təsadüfi deyil:

"Ermənistan ərazisində fəaliyyət göstərən Aİ mülkü missiyasının tərkibinin fransız jandarmlardan təşkil olunması və Azərbaycana qarşı mütəmadi olaraq Fransa tərəfindən səsləndirilən böhtan xarakterli fikirləri bunları deməyə əsas verir.

Fransa II Qarabağ müharibəsi dövründə və ondan sonra da Azərbaycana qarşı diplomatik sahədə təzyiqləri artırmaqda davam edib. BMT TŞ-da Azərbaycana qarşı qətnamə qəbulunun da təşkilatçısı məhz Fransa olub".

Politoloq qeyd etdi ki, son BMT TŞ da keçirilən iclaslarda Ermənistanı bu istiqamətdə dəstəkləyən dövlət məhz Fransa olub:

"Bunlar heç də təəcüblü deyil. Ona görə ki, Fransada olduqca güclü erməni lobbisi var. Fransa Baş Asaambleyasının bir çox üzvləri məhz bu lobbinin maliyyəsi əsasında faəliyyət göstərir. Aİ-də aparılmış son anti -korrupsiya əməliyyatında da bu faktlar açıq şəkildə ortaya çıxdı.

Fransa bölgədə Rusiyanın nüfuzunun aşağı düşməsi və Ermənistanın RF əleyhinə siyasəti fonunda bölgədə nüfuz qazanmaq siyasətini ortaya qoyub. Lakin, bu cəhdlər indidən məğlubiyyətə düçardır".

A.Əliyevin sözlərinə görə, Erməistan bütün mövzularda məğlub dövlətdir. Məğlub dövlət üzərindən bölgədə uğurlu siyasət aparmaq isə hər mənada məntiqli və düzgün deyil:

"Ermənistan və Fransa cütlüyünün diplomatiya oyunu nəticəsi qalacaq. Ərazidə nəzarət və icra mexanizmləri Azərbaycana məxsusdur. Humanitar fəlakətin olmasını iddia edənlərə Azərbaycanın cavabı birdir. Bölgədə heç bir humanitar fəlakət yoxdur, əgər varsa belə bunu Azərbaycan dövləti özü həll etmək iqtidarındadır. Bu Azərbaycanın daxili işidir. Buna heç bir ölkə, təşkilat, qrup və ya kütlə müdaxilə edə bilməz. Bu məsələdə Azərbaycanın mövqeyi prinsipial olaraq dəyişməz qalır."

Aydan