Baydenə daha bir zərbə: Pullarını geri istəyirlər
    • 2-07-2024, 22:50
    • 245

Baydenə daha bir zərbə: Pullarını geri istəyirlər

Keçən həftə ABŞ-ın hazırkı prezidenti Co Bayden və onun seçkidəki rəqibi Donald Tramp CNN-in studiyalarında danışıblar.

News24.az xəbər verir ki, 90 dəqiqəlik sessiya zamanı Bayden arabir suallara tutarlı cavablar verməkdə çətinlik çəkib və bir neçə dəfə nə deyəcəyini unudub.

Bu performansla ABŞ tarixinin ən yaşlı prezidentinin 4 il daha xidmət edə bilməyəcək qədər yaşlı olduğu iddiaları bir daha gündəmə gətirib. İndiyədək bu iddialara qarşı çıxan tərəfdarlarının ən böyük qorxuları gerçəkləşib.

Baydenin kampaniya meneceri Julie Chavez Rodriguez, müzakirələrdən sonrakı günlərdə 33 milyon dollardan çox ianə toplandığını və yüzlərlə yeni müraciətin potensial könüllülərdən gəldiyini söyləyib.

NBC News-un məlumatına görə, görüşlərdə iştirak edənlərdən biri Baydenin məyusedici çıxışından sonra donorların əksəriyyətinin "qorxduğunu" deyib. "İclasda bəzi sərt şərhlər edilib. Bəziləri isə seçki kampaniyasından başqa heç nə müzakirə olunmadığı üçün qəzəbləniblər" deyib. 

İştirakçı əlavə edib ki, Baydenin bəzi donorları hətta pullarının qaytarılmasını istəyirlər.

Həftə sonu böyük qəzetlər və bəzi tanınmış tərəfdarlar Baydenin geri çəkilməsinə çağırışlar ediblər.

Bildirək ki, Şimali Karolinadakı seçki kampaniyasından və pul yığımı dayandırdıqdan və Nyu Yorkdakı debatdan qayıtdıqdan dərhal sonra Bayden ABŞ prezidentlərinin istirahət evi olan Thurmont Merilenddəki Kemp Devidə çəkilib.

Baydenin bütün çağırışlara baxmayaraq davam edən seçki kampaniyası ABŞ prezidentinin yarışda qalmağa davam edəcəyini göstərir.

Günel Məlikzadə