Toyota-dan gözlənilməz addım
    • 2-07-2024, 23:50
    • 551

Toyota-dan gözlənilməz addım

Toyota özünün məşhur idman avtomobili Supra üçün gözlənilməz addım atıb. 

News24.az xəbər verir ki, Toyota Supra versiyalarını yeniləməyə qərar verib. Buna uyğun olaraq, daha sərfəli dörd silindrli Supra-nın 2025-ci ildə yenilənməyəcəyi bildirilib. Bu kontekstdə şirkət diqqətini altı silindrli və Supra 3.0 versiyalarına yönəldəcək.

Mövzu ilə bağlı danışan Toyota nümayəndəsi deyib: “Dörd silindrli artıq istehsal xəttində qalmayacaq. Dörd silindrli Supra-nın istehsalının dayandırılacağı ilə bağlı şayiələri təsdiqləyirik”. 

Şirkətin bu qərarı yəqin ki, Supra 2.0 modelinin satış göstəriciləri ilə bağlıdır.

Toyota-nın satış məlumatlarına görə, həm dörd, həm də altı silindrli modellər də daxil olmaqla, ümumilikdə 2500-dən çox Supra satılıb. Bununla belə, dörd silindrli versiyanın bu satışların kiçik bir hissəsini təşkil etdiyi görünür.

Qeyd edək ki, Supra 2.0, 2,0 litrlik dörd silindrli turbomühərrikindən 255 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edir. O, 5 saniyəyə saatda 100 km sürət yığa bilir. Lakin altı silindrli modelə görə daha sərfəli qiymətə malik olmasına baxmayaraq müştəriləri cəlb edə bilməyib.

Toyota önümüzdəki dövrdə yalnız Supra 3.0 təqdim edəcək. 382 at gücündə turbomühərrikli 3,0 litrlik düz altı silindrli avtomobil 100 km/saat həddinə 3,9 saniyəyə çatır.

Günel Məlikzadə