Ronaldo bu göstəriciyə görə 5 ən uğursuz oyunçudan biridir
    • 2-07-2024, 22:58
    • 329

Ronaldo bu göstəriciyə görə 5 ən uğursuz oyunçudan biridir

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo qolsuz zərbələrin sayına görə Avro-2024-ün lideridir.

News24.az qol.az-a istinadla xəbər verir ki, o, cari Avropa çempionatında görüşlərin əsas və əlavə vaxtlarında qapılara ümumilikdə 20 zərbə endirib. Lakin bu zərbələrdən heç biri qolla nəticələnməyib.

Ronaldo artıq Avropa çempionatları tarixində (statistika 1980-ci ildən bəri aparılır) qolsuz zərbələrin sayına görə ən uğursuz beş oyunçudan biridir.

Avropa çempionatları tarixində bir turnirdə ən çox qolsuz zərbə vuran oyunçular:

Deko - 24 qolsuz zərbə (Avro-2004);

Fernando Yerro - 23 qolsuz zərbə (Avro-1996);

Kevin De Brüyne - 21 qolsuz zərbə (Avro-2016);

Dani Olmo - 21 qolsuz zərbə (Avro-2020);

Kriştiano Ronaldo - 20 qolsuz zərbə (Avro-2024).