Qətərdən Livan ordusuna 20 milyonluq yardım
    • 2-07-2024, 23:40
    • 220

Qətərdən Livan ordusuna 20 milyonluq yardım

Mövzu ilə bağlı Livan ordusundan verilən açıqlamada ordu komandanlığının Qətər əmiri Şeyx Təmimin təklif etdiyi 20 milyon dollar dəyərində yeni maliyyə yardımı aldığı bildirilib.

News24.az xəbər verir ki, sözügedən yardımın Qətərin mövcud çətinliklərin kölgəsində Livan ordusuna davamlı dəstəyi çərçivəsində həyata keçirildiyi, inzibati prosedurlar tamamlandıqdan sonra maliyyə yardımının əsgərlər arasında bərabər şəkildə bölüşdürüləcəyi bildirilib.

Bəyanatda sözləri yer alan Livan Baş Qərargah rəisi general Cozef Aun Qətərə maliyyə yardımına görə təşəkkür edib və bunun "ordudakı böhran yükünün yüngülləşdirilməsinə" töhfə verdiyini vurğulayıb.

Günel Məlikzadə