Ermənilərin məkrli planı - Sülhməramlılar Qarabağdan çıxan kimi...
    • 29-08-2023, 18:19
    • 446

Ermənilərin məkrli planı - Sülhməramlılar Qarabağdan çıxan kimi...

“İrəvan Qarabağ erməniləri üçün çox yüksək səviyyədə muxtariyyət əldə etmək istəyir. Çalışırlar ki, Qarabağın ermənilər yaşayan hissəsi sonda beynəlxalq təşkilatların nəzarətinə keçsin və ora Azərbaycanın suverenliyi deyil, beynəlxalq protektorat altında olsun. İrəvan buna nail olmağa çalışır. Amma bu, olmayacaq. Böyük ehtimalla, sülhməramlıların Qarabağdakı mandatı başa çatdıqdan sonra Azərbaycan bu əraziləri öz nəzarəti altına alacaq”.

News24.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

“Paşinyan bütün bunları elə təqdim edəcək ki, guya o, Qarabağdakı ermənilərə xüsusi status vermək üçün inanılmaz səylər göstərib, amma xeyr, alınmadı. Ermənistanın baş nazirini Qarabağ ermənilərinin və separatçılarının taleyindən daha çox öz siyasi taleyi narahat edir. Rusiya Ermənistanın beynəlxalq təşkilatları öz tərəfinə çəkmək cəhdlərini bəyənmir. Avropa İttifaqı, Avropa İttifaqının nəzarətində olan ATƏT Moskvaya düşmən olan beynəlxalq təşkilatlardır. Və bu gün BMT əsasən Qərbin maraqlarını güdən bir təşkilatdır”, - Markov qeyd edib.

Akqabay