“Toyota”  zavodlarını YENİDƏN AÇIR
    • 30-08-2023, 08:10
    • 95

“Toyota” zavodlarını YENİDƏN AÇIR

Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor” əvvəllər sistem nasazlığından sonra yığılması dayandırılmış obyektlərində fəaliyyətini bərpa edib.

News24.az Report-a istinadən xəbər verir ki, bu barədə konsernin məlumatında deyilir.

Səhər növbəsindən etibarən 14 zavoddan 12-si adi qaydada işləyir, Fukuoka və Kyoto prefekturalarında daha ikisi günün sonuna qədər işini bərpa edəcək.

Xatırladaq ki, daha öncə konsernin 12 zavodunun fəaliyyətini dayandırdığına dair məlumat yayılmışdı.