Bakı Ağır Cinayətlər Məhkəməsinin hakiminin oğlu öldü
    • 14-04-2023, 10:11
    • 455

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakiminin oğlu öldü

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevə ağır itki üz verib.

News24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, tanınmış məhkəmə hakiminin oğlu, 1982-ci il təvəllüdlü Rəşadət Quliyev vəfat edib. Onun səhhətində yaranan qəfil problem səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Əhməd Quliyev 1998-2000-ci illərdə Naxçıvanda Ədliyyə nazirinin müavini olub. O, 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir. Ə.Quliyev bir sıra səs-küylü məhkəmə proseslərinin hakimi olub.