İranın keçmiş prezidenti hökuməti tənqid ETDİ
    • 30-08-2023, 11:45
    • 194

İranın keçmiş prezidenti hökuməti tənqid ETDİ

İranın sabiq prezidenti Həsən Ruhani keçmiş hökumət rəsmiləri ilə vaxtaşırı keçirilən toplantıda iştirak edərkən, hazırkı hökumətə və parlamentə qarşı tənqidi fikirlər səsləndirib. 

News24.az xəbər verir ki, Həsən Ruhani hökumət rəsmilərini tənqid edən universitet professorlarının kütləvi şəkildə işdən çıxarılmasına belə münasibət bildirib: 

“Ümid edirəm ki, bu gün universitet professorları və öyrənciləri barədə eşitdiklərimiz hakimiyyətin qayğısına qalanların tədbirləri ilə öz həllini tapacaq”.

“Universitetləri görkəmli professorlardan məhrum etmək elmə və ölkəyə zülmdür, akademiklərin ümidsizliyi isə ölkənin və hakimiyyətin xeyrinə deyil”-deyə, o, əlavə edib. 

Aynurə