Mananadan illər sonra ETİRAF
    • 31-08-2023, 13:26
    • 355

Mananadan illər sonra ETİRAF

“Həyatımın sevgisini orada tapdım…”.

News24.az Yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri gürcü əsilli müğənni, Əməkdar artist Manana Caparidze deyib.

Sənətçi illər öncə həyat yoldaşı Georgi ilə ilə ilk tanışlığından danışıb:

“Təbiəti, dənizi çox sevirəm. Ölürəm dəniz üçün. Elə həyat yoldaşım, həyatımın sevgisi ilə də ilk dəfə dənizdə tanış oldum. İstirahət edirdim. Dənizdən soruşdum ki, əgər bu dünyada dəniz sevgisi varsa, mən onu qarşılamağa hazıram.

Həmin gün istirahət zamanı Georgi ilə tanış oldum. Dəniz mənim üçün buna görə də həyatımda xüsusi rol oynayır”.