Prezidentin Ukrayna səfərinə QADAĞA QOYULDU
    • 31-08-2023, 14:06
    • 142

Prezidentin Ukrayna səfərinə QADAĞA QOYULDU

Böyük ehtimalla Gürcüstan prezidenti Salome Zurabişvilinin Avropa turnesi ləğv ediləcək.

News24.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Məlumata görə, dövlət başçısının bu günə planlaşdırılan Almaniya səfəri hökumət tərəfindən ləğv edilib. 

“Bundan başqa, prezidentə avqust-dekabr ayları arasında icazə verilməyib”, - məlumatda deyilir.

Söhbət Ukrayna, İsveçrə, Polşa, Belçika, Danimarka və Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərlərdən, Bolqarıstan, Çexiya və İsrailə rəsmi səfərlərdən gedir.

"Salome Zurabişviliyə xatırladırıq ki, Gürcüstan Konstitusiyasına görə, prezident ölkəni xaricdə yalnız hökumətin razılığı ilə təmsil edir, çünki ölkənin xarici siyasətinin həyata keçirilməsi hökumətin vəzifəsidir", - bəyanatda deyilir.


Ayşən