Çips yedi, öldü
    • 17-05-2024, 08:51
    • 249

Çips yedi, öldü

Keçən il sosial mediada gördüyü ədviyyatlı tortilla cips yeməyə çağırışa qatılan və qəfildən dünyasını dəyişən Massaçusets ştatında 10-cu sinif şagirdi Harris Wolobahın yarılma hesabatı əldə edilib.

News24.az xəbər verir ki, "Paqui" şirkətinin istehsal etdiyi çox ədviyyatlı çipsləri yedikdən qısa müddət sonra xəstələnən Wolobah "yüksək miqdarda kapsaisin (acı bibərin aktiv komponenti) istehlakı nəticəsində yaranan qəfil ürək dayanması" səbəbi ilə dünyasını dəyişib.

Bildirilib ki, uşaqda ürək əzələ zolağının da böyüməsi var.

Bu arada Paqui istehsalçısı sosial mediada başlatdığı çağırışda istehlakçılardan dünyanın ən acı iki bibərindən əldə etdikləri məhsulu yeyərkən çəkdikləri videoları paylaşmalarını və məhsulu istehlak etdikdən sonra su içməmələrini istəyib.

ABŞ-da ümumi olan bu çağırışda iştirak edən onlarla uşaq xəstəxanaya yerləşdirilib.

Son dərəcə acı olan bu məhsula qarşı uşaqlara və gənclərə xəbərdarlıq edilir.

Günel Məlikzadə