Polis qonşusunu öldürdü
    • 17-05-2024, 09:16
    • 239

Polis qonşusunu öldürdü

Alınan məlumata görə, Türkiyədə polis məmuru Hüseyn Ç. əvvəllər mübahisə etdiyi qonşusu Fatih Afacana (40) tapança ilə atəş açaraq onu yaraladıqdan sonra hadisə yerini tərk edib.

News24.az xəbər verir ki, hadisə yerinə polis və tibb işçiləri göndərilib.

Müdaxilələrə baxmayaraq yaralını xilas etmək mümkün olmayıb.

Polis məmuru Hüseyn Ç.  Kargı Rayon Polis İdarəsinə təslim olub.

Qeyd edək ki, Hüseyin Ç-nin daha əvvəl Osmancık Rayon Polis Şöbəsində xidmət etdiyi, bir müddət əvvəl Kargı Rayon Polis Şöbəsinə təyinat aldığı, Osmancıkda işlədiyi müddətdə qonşusu Fatih Afacanla ədavəti olduğu öyrənilib.

Günel Məlikzadə