İsrail Qəzzaya hava hücumu etdi: Ölənlər var
    • 17-05-2024, 08:43
    • 275

İsrail Qəzzaya hava hücumu etdi: Ölənlər var

İsrail döyüş təyyarələri gecə boyu Qəzzanın şimal, cənub və mərkəzi hissələrinə hava zərbələri endirib.

News24.az xəbər verir ki, Qəzzanın mərkəzi hissəsində yerləşən Ən-Nüseyrat Qaçqınlar Düşərgəsində didərgin düşmüş fələstinlilərin qaldığı Əl-Cauni məktəbinə hava hücumu nəticəsində 4 fələstinli ölüb, bəziləri isə yaralanıb.

Qeyd edək ki, gecə saatlarında 9 nəfərin cəsədi Han Yunusdakı Avropa Xəstəxanasına gətirilib.

Cibaliya Qaçqınlar Düşərgəsinə edilən hücumda yaralananlar olub.

Onu da bildirək ki, ölkənin cənubundakı Rəfah şəhərinin Əl-Avde qovşağı yaxınlığında baş verən hücumda bir nəfər ölüb, iki nəfər yaralanıb.

Günel Məlikzadə