İranlı din xadimi:
    • 31-08-2023, 18:20
    • 168

İranlı din xadimi: "Gəlin namazı parkda qılaq"

Birucerd şəhərinin cümə imamı Seyid Əli Hüseyni şəhər parklarında camaat namazının qılınmasının səbəbini açıqlayıb. 

News24.az xəbər verir ki, o, bəzi insanların məscidlərə getməyə həvəsinin az olduğunu deyib. İranlı din xadimi açıqlamasında maraqlı təkliflə də çıxış edib: 

“İnsanların bir qismi məscidlərə getmir və cümə namazında da iştirak etmir. İnsanlar dini nümayişlərə, hətta ölkədaxili xəbərlərə biganə qalıb. Buna görə də, xalqın fəallığını artırmaq və təbliğ etmək üçün parklarda camaat namazlarının keçirilməsi planına üstünlük verilib”.

Aynurə