Məscidlər boş qaldı — FOTO
    • 17-08-2023, 14:44
    • 241

Məscidlər boş qaldı — FOTO

İranda məscidlər boş qalıb.

News24.az
xəbər verir ki, İran rəhbəri Əli Xameneyinin Yəzd əyalətindəki nümayəndəsi və Yəzd şəhərinin cümə imamı Məhəmməd Rza Nasiri vətəndaşların məscidlərə getməməsindən gileylənib.

"Sosial mediada məscidlərə qarşı təbliğatın artması vətəndaşların, xüsusilə gənclərin siyasi və ictimai qərargahlarımız sayılan məscidlərə marağının azalmasına, məscidlərin boş qalmasına səbəb olub", - Nasiri iddia edib.

O, hakimiyyəti bununla bağlı tədbirlər görməyə və gənclərin məscidlərə getməsi üçün stimullaşdırıcı addımlar atmağa çağırıb.

Aynurə