Leysan olacaq: XƏBƏRDARLIQ - VİDEO
    • 31-08-2023, 20:24
    • 197

Leysan olacaq: XƏBƏRDARLIQ - VİDEO

Sentyabrın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq ayın 4-ü səhərədək bəzi yerlərdə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

News24.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

Onun sözlərinə görə, ayrı-ayrı yerlərdə, xüsusən də Balakən, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar, bəzi mərkəzi Aran rayonlarında, həmçinin Qazax, Gəncə, Qarabağ, Şərqi Zəngəzur ərazilərində intensiv və güclü olacağı gözlənilir.

Ətraflı RTV-nin süjetində: