Bu ölkədə son 31 ildə ilk dəfə donuz taunu aşkarlandı
    • 1-09-2023, 07:51
    • 101

Bu ölkədə son 31 ildə ilk dəfə donuz taunu aşkarlandı

Yaponiyada 1992-ci ildən bəri ilk dəfə olaraq ölkənin cənub-qərbindəki böyük Kyuşu adasında donuz taunu aşkarlanıb.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, adada yerləşən Saqa prefekturası infeksiya ocağı hesab olunur.

Bununla bağlı yerli təsərrüfatda 10 minə yaxın heyvan məhv ediləcək.

Prefektura rəhbərliyi xəstəliyin baş vermə səbəblərini araşdırmağa başlayıb.