Məhkəmə sədri təqaüdə göndərildi
    • 1-09-2023, 19:22
    • 302

Məhkəmə sədri təqaüdə göndərildi

Şabran rayon Məhkəməsinin sədri Çingiz İsgəndərov təqaüdə göndərilib. 

News24.az xəbər verir ki, Çingiz İsgəndərov yaş həddi səbəbindən vəzifəsindən azad edilib. 

Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov Çingiz İsgəndorovu qəbul edib və uzun illər məhkəmə sistemində öz fəaliyyət ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdiyinə görə fəxri fərmanla təltif edib.