Sinqapurun yeni prezidenti məlum olub
    • 1-09-2023, 22:03
    • 116

Sinqapurun yeni prezidenti məlum olub

Sinqapurun keçmiş baş nazirinin müavini Tarman Şanmuqaratnam prezident seçkilərində qalib gəlib.

News24.az “Report”a istinadən xəbər verir ki, bu barədə “The Straits Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, Şanmuqaratnam səslərin 70,4 faizini, onun rəqibləri Nq Kok Sonq və Tan Kin Lian isə müvafiq olaraq 15,72 faiz və 13,88 faiz səs toplayıblar.

“Mən tam əminəm ki, Sinqapurun yeni lideri prezident kimi öz vəzifələrini çox yaxşı yerinə yetirəcək”, - Baş nazir Li Syanlun Şanmuqaratnamın qələbəsi münasibətilə deyib.