ABŞ Ukraynaya tükənmiş uran göndərəcək
    • 2-09-2023, 12:33
    • 120

ABŞ Ukraynaya tükənmiş uran göndərəcək

ABŞ Ukraynaya tükənmiş uran göndərməyə hazırlaşır. 

News24.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, ABŞ Birləşmiş Krallıqdan sonra Ukraynaya tükənmiş uran mərmilərinin göndərilməsinə yaşıl işıq yandıran ikinci ölkə olmağa hazırlaşır, baxmayaraq ki, bunun ictimai sağlamlıq və ətraf mühitə dramatik mənfi təsirləri ola bilər.

 Adı açıqlanmayan bir neçə ABŞ rəsmisinə və şənbə günü Reuters-in istinad etdiyi sənədə görə, tükənmiş uran gələn həftə gözlənilən növbəti çoxmilyonluq silah ianəsinin bir hissəsi olacaq.

Məlumata görə, plan ABŞ-ın Ukraynaya kaset sursatları tədarükü ilə bağlı olduqca mübahisəli addımından sonra gəlir və bu, hətta Vaşinqtonun bəzi ən yaxın müttəfiqləri tərəfindən də tənqid edilir. 

Aydan