Bakı çimərliyində suiti insanlara belə hücum etdi - ANBAAN GÖRÜNTÜLƏR
    • 2-09-2023, 14:12
    • 411

Bakı çimərliyində suiti insanlara belə hücum etdi - ANBAAN GÖRÜNTÜLƏR

Xəzər dənizdə suiti insanlara hücum edib.

News24.az xəbər verir ki, hadisə Bakı çimərliklərindən birində baş verib. Əynində xilasedici jiletlər olan şəxslər dənizdə üzərkən suitinin hücumuna məruz qalıblar.

Hücumla bağlı video teleqram kanallarında yayılıb. Hadisənin hansı çimərlikdə baş verdiyi məlum deyil. Amma kadrlardakı görüntüyə əsasən Buzovna çimərliyi oldu güman edilir.

Hücuma məruz qalanlar suitiyə zərbələr endirirlər və sonda onlardan biri “öldü deyir.

Həmin videonu təqdim edirik: