“Port Baku Tower 2”də yanğın-taktiki təlimi keçirildi - VİDEO
    • 2-09-2023, 14:41
    • 189

“Port Baku Tower 2”də yanğın-taktiki təlimi keçirildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında yerləşən “Port Baku Tower 2” biznes mərkəzində “İnzibati binalarda baş vermiş yanğınların söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib.

Nazirlikdən News24.az-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd şəhər ərazisində yerləşən inzibati binalarda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub.

Ətraflı RTV-nin süjetində: