"Soyuq müharibədən əl çəkin" - ÇİN XƏBƏRDARLIQ ETDİ
    • 4-09-2023, 15:22
    • 96

"Soyuq müharibədən əl çəkin" - ÇİN XƏBƏRDARLIQ ETDİ

“ABŞ beynəlxalq normalara tabe olmalı, Asiya ölkələri ilə münasibətlərində “soyuq müharibə” təfəkküründən əl çəkməlidir”

News24.az  xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq deyib.

O, bunu ABŞ prezidenti Co Baydenin Hanoyda gözlənilən səfəri ilə bağlı sualını şərh edərkən bildirib.

“ABŞ Asiya regionu ölkələri ilə münasibətlərdə sıfır məbləğli soyuq müharibə zehniyyətindən əl çəkməli, beynəlxalq münasibətlərin normalarına əməl etməli, üçüncü tərəflərə hücum etməməli və regional sülh və sabitliyə xələl gətirməməlidir”, - Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib. 

Ayşən