Moskvaya daha bir PUA hücumunun qarşısı ALINDI
    • 5-09-2023, 09:30
    • 253

Moskvaya daha bir PUA hücumunun qarşısı ALINDI

Rusiyanın paytaxtı Moskvanın meri Sergey Sobyanin teleqram kanalında Hava Hücumundan Müdafiə qüvvələrinin Kaluqa vilayətində və Moskva vilayətinin İstra rayonunda paytaxta hücum etməyə cəhd göstərən pilotsuz uçuş aparatlarını məhv etdiyini bildirib.

News24.az-ın məlumatında görə, bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

"(PUA-red) Qırıntıların düşdüyü yerdə heç bir dağıntı və ya tələfat yoxdur", - o yazıb.

Rəsmi şəxs həmçinin qeyd edib ki, fövqəladə xidmətlərin əməkdaşları hadisə yerindədir.