Tanınmış futbolçu millidən QOVULDU
    • 5-09-2023, 10:12
    • 346

Tanınmış futbolçu millidən QOVULDU

Braziliya millisinin və "Mançester Yunayted"in yarımmüdafiəçisi Entoni ailədaxili zorakılıqda şübhəli bilinir. 

News24.az xəbər verir ki, bu barədə TNT Sports məlumat yayıb. 

Bildirilib ki, bu səbəbdən milli komandanın rəhbərləri futbolçunu cəzalandırıb və onu komandadan qovub.

Qeyd edək ki, Antoninin keçmiş sevgilisi Qabriella Kavallin onu döydüyünü və onu öldürməklə hədələdiyini deyib.

Cavallin Antoninin 2022-ci ilin iyunundan 2023-cü ilin mayına qədər ona dəfələrlə hücum etdiyini bildirib.

Aynurə